"Azneft" dairəsində ağır qəza: Xəsarət alanlar var

"Azneft" dairəsində ağır qəza: Xəsarət alanlar var
24 Yan 2024 08:56

Bakının Səbail rayonunda Neftçilər prospektində yol qəzası baş verib.

Qəza Neftçilər prospektində qeydə alınıb.

“Changan” markalı maşının sürücüsü İstiqlaliyyət küçəsi ilə hərəkətdə olan zaman "Azneft" dairəsinə birbaşa daxil olub. Bu zaman dairədə hərəkətdə olan BMW markalı maşına çırpılıb. “Changan” deformasiyaya uğrayıb, maşında olan sərnişin və sürücü xəsarət alıb. Hadisə yerinə gələn Təcili yardım briqadası xəsarət alan şəxslərə ilkin yardım göstərib.

Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürücülərin izahatını alıb. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

 


Sizin reklam burada
Sizin reklam burada