Azərbaycanlılar Rusiyada görün nələr edibmiş - ŞOK SİYAHI

Azərbaycanlılar Rusiyada görün nələr edibmiş - ŞOK SİYAHI
11:32

“Sosial medianın Rusiya seqmentində bəzi faşist düşüncəli şəxslər tərəfindən azərbaycanlılara qarşı əsassız ittihamlar səsləndirilib. Onlar iddia edirlər ki, guya azərbaycanlılar yalnız ticarətlə məşğuldurlar və rus xalqı üçün heç bir töhfə verməyiblər”.

Bu fikirləri tarixçi alim Zaur Əliyev deyib.

Onun sözlərinə görə, real faktlar və qəhrəmanlıq nümunələri bu iddiaların tam əksini sübut edir:

“Tarix və bu günümüz azərbaycanlıların Rusiyada göstərdikləri şücaətlər və fədakarlıqlarla doludur. Sadəcə bir neçə nümunə:

  • Salaməddin Nağıyev – Pexorka çayında boğulan yerli uşaqları xilas etməyə çalışarkən həyatını itirib.

  • Səbuhi və Tural Rəhimov – Krasnoyarsk şəhərində partlayan istilik borularına baxmayaraq, onlarla insanı yanan avtobusdan çıxarıblar.

  • Baxış Kərimov – Sverdlovsk vilayətində polis əməkdaşı olaraq yanan evə girib və dörd uşaqla birlikdə valideynlərini xilas edib.

  • Aydın Qəmbərov – Tolyattidə polkovnik rütbəli zabit buzlu suda boğulan uşağı həyatını riskə ataraq xilas edib.

  • Sultan Sultanov – Antalyada yanan Rusiya təyyarəsində uşaqları və böyükləri qapını açaraq təhlükəsiz şəkildə çıxarıb.

  • Azərbaycanlı gənc rus əsgərlərinin mühasirəyə alındığı meşə zonasına təkbaşına girərək 16 əsgəri sağ-salamat çıxarıb.

  • Kənan – Perm şəhərində 16 yaşlı qızın intihar cəhdinin qarşısını alaraq “şəhər qəhrəmanı” adına layiq görülüb.

  • Kamil Nəsibov – “Krokus” ticarət mərkəzində terror zamanı ofisiant işləyən azərbaycanlı 100-dən çox insanın həyatını xilas edib.

  • Vüqar Əliyev – Rusiyada iki uşağı boğulmaqdan xilas edib.

Bu kimi yüzlərlə foto və fakt paylaşaram. Ancaq niyə 9 nəfər?
9 may qələbə bayramlarının ən əsas Səbəbkarı Azərbaycan olduqlarını unutmasınlar deyə”.

513826077 10160827922632691 3288865159059615918 n 513891729 10160827924842691 4669979177006192407 n 513825564 10160827924687691 1488487606697122662 n


Sizin reklam burada
Sizin reklam burada