“Başqa Ukrayna” hərəkatının rəhbəri Viktor Medvedçuk bildirib ki, Qərb ölkələrinin Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya və ABŞ liderlərinin Alyaskada keçiriləcək ikitərəfli görüşünə cəlb etməyə çalışması həm məntiqsiz, həm də alçaldıcıdır.
News365.az xəbər verir ki, Medvedçuk “RİA NOVOSTİ”yə açıqlamasında qeyd edib ki, Alyaskada baş tutacaq görüş kollektiv Qərb və Rusiya arasında müzakirələrin əsas məkanı olacaq və Zelenskini ora daxil etmək cəhdləri siyasi teatr xarakteri daşıyır.
“Daha heç nə Zelenskidən asılı deyil. Bəzi Qərb siyasətçiləri sanki bu siyasi sirkdən faydalanmaq istəyir, amma dünya artıq bu sirkdən kifayət qədər əziyyət çəkib. Bu tamaşaya son qoymaq vaxtıdır,” – Medvedçuk vurğulayıb.
News365.az