Keçən il qaçaq yolla Taylanda aparılmaq istənərkən İstanbul Hava Limanında tutulmuş bala qorilla Zeytin, yenidən qanunsuz ticarət obyektinə çevrilməyəcəyi və reabilitasiya mərkəzində baxılacağı təminatı ilə Nigeriyaya qaytarılacaq.
News365.az -ın məlumatına görə, İstanbul Hava Limanında keçən il Nigeriyadan Taylanda tranzit göndərilmək istənərkən tutulmuş və “Zeytin” adlandırılmış bala qorilla şərti olaraq Nigeriyaya göndəriləcək.
Təbiəti Mühafizə və Milli Parklar (DKMP) Baş İdarəsindən verilən açıqlamada bildirilir ki, Zeytinin qaytarılma prosesi yalnız “yenidən qaçaq ticarət obyektinə çevrilməyəcəyi” və yalnız qorillərin yerləşdiyi reabilitasiya mərkəzində saxlanacağı təmin olunarsa başlayacaq.
Açıqlamada qeyd olunur ki, qaytarılma prosesində qorillanın stress yaşamaması, iqlim şəraitinin uyğunluğu və beynəlxalq daşım standartlarına riayət olunması əsas götürülüb. Zeytin, bütün prosedurlar tamamlandıqdan sonra Türk Hava Yolları tərəfindən IATA qaydalarına uyğun olaraq Nigeriyaya aparılacaq.
News365.az