“Linc lazım deyil, mala da
lazım deyil. Sadəcə etiraf edək ki, erməni
jurnalist məntiqli, lakonik sualı ilə bizim həmkardan üstün idi. İlk dəfə deyil
ki, siyasi, beynəlxalq əhəmiyyətli görüşdə uyğunsuz sual verilir bizim tərəfdən.
Antalyada da görmüşük bu təcrübəni aylar öncə”.
News365.az
xəbər verir ki, bunu tanınmış jurnalist Elnurə
Abaışova özünün sosial səhifəsində yazıb. O əlavə edib ki, sırf belə görüşlərə
göndərilmək üçün məktəb yaradılmalı, ora cəlb edilənlər dünya təcrübəli peşəkarlardan
dərs almalı:
“Ölkəmizdə də media nümayəndələri ingilis dili
kurslarına cəlb edilməli, nəticə tələb edilməlidir sertifikat almaq üçün.
Yalandan
onlayn qoşulmalarla, təlimdə otursa da telefonla sayta xəbər qoymaqla olmur bu
işlər, əgər peşəkar mütəxəssislər görmək istəyiriksə...
Mən də
ingilis dilini zəif bilirəm. Məmnuniyyətlə qatılaram”.
News365.az