Saray körpüsünə görə 5 min abonent qazsız qalacaq

Saray körpüsünə görə 5 min abonent qazsız qalacaq
14:18

Sumqayıtda Saray körpüsünün ətrafının genişləndirilməsi ilə əlaqədar sabah təqribən beş min abonentə təbii qazın verilişində fasilə yaranacaq.

News365.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstimarı Sahəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 14-ü saat 10:00-dan etibarən, "Saray bağları" massivi, "Qurd dərəsi" və 52-ci məhəllə ərazilərində yaşayan beş minə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

Məhdudiyyət işlər yekunlaşana qədər davam edəcək.


Sizin reklam burada
Sizin reklam burada