Şair, professor Məmməd İsmayılın "Bona
Dea" Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə şairin
qızı məlumat verib.
O bildirib ki, dörd gündür
xəstəxanaya yerləşdirilən Məmməd İsmayılın vəziyyəti dünən axşam ani olaraq
ağırlaşıb:"Ara-sıra xəstəxanaya aparırdıq. Son 4 gün burada oldu. Dünən
axşam isə vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirdilər. Həkimlər
vəziyyətin olduqca ciddi olduğu deyirlər".
Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif
xəstəliklərdən əziyyət çəkir. Ötən ildən sağlamlığındakı problemlər ciddiləşib
və Heydər Əliyev Fondu onun müalicəsini öz üzərinə götürüb.
News365.az