Azərbaycanlı gənc övladları ilə iki erməninin hücumuna məruz qalan qadını xilas edib
Dünya
28 Fev 2025 09:22
Qazaxıstanın Almatı şəhərində azərbaycanlı gənc övladları ilə iki erməninin hücumuna məruz qalan qadını xilas edib.
Bu barədə News365.az-a tarixçi alim Zaur Əliyev danışıb. O bildirib ki, Lənkəranlı Pərviz Dədəcanov küçədə ermənilərin uşaqlı qadına yumruqla hücum etdiyini görərək təcili köməyə qaçıb.
O, cinayətkarları zərərsizləşdirə bilib. Təcili yardım maşını iki canini çənə sınığı və üz sınığı zədələri ilə reanimasiyaya aparıb.
Pərviz polis bölməsinə aparılıb, daha sonra sərbəst buraxılıb.