“Azerbaycanın sorğularına cavab verməyənlər bizdən hesabat tələb edə bilməz”- Rasim Musabəyov

“Azerbaycanın sorğularına cavab verməyənlər bizdən hesabat tələb edə bilməz”- Rasim Musabəyov
25 İyl 2025 15:59

 “Azerbaycanın sorğularına cavab verməyənlər bizdən hesabat tələb edə bilməz”

Milli Məclisin deputatı Rasim Musabəyov, News365.az-a açıqlamasında Azərbaycanın suverenliyinə və vətəndaşlarına qarşı baş verən hadisələrlə bağlı kəskin mövqe sərgiləyib.

Deputat bildirib ki, BMT və beynəlxalq təşkilatların Azərbaycan əleyhinə yönəlmiş təzyiqləri ədalətsizdir:

“Niyə ilk ittihamlar Bakıya yönəlir? TRN-in vurulmasından əvvəl baş verən hadisələr haqqında susurlar. O vaxta qədər Azərbaycanın iki vətəndaşı ağır işgəncələrə məruz qaldı və öldürüldü. Bunları isə heç kim dilə gətirmir.”

Musabəyov əlavə edib ki, Azərbaycan tərəfinin bu cinayətlərlə bağlı beynəlxalq qurumlara göndərdiyi rəsmi sorğulara hələ də cavab verilmir:

“Bizim sorğularımıza cavab verməyənlər bizdən cavab tələb edə bilməz. Zəhmət çəksinlər, əvvəlcə öz məsuliyyətlərinə cavab versinlər.”

Deputat həmçinin bildirib ki, istintaq aparılacağı ilə bağlı beynəlxalq qurumların verdiyi vədlər sadəcə formal açıqlamalardır:

“Onlar deyirlər ki, araşdırma gedir. Sabah Azərbaycan da eyni cavabı verəcək – istintaq aparılır. Bu, qarşılıqlı ikili standartların bariz nümunəsidir.”

Musabəyov beynəlxalq ictimaiyyəti hadisələrə obyektiv və ədalətli yanaşmağa çağırıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada