Azərbaycanın Keniyada səfirliyi açılacaq

Azərbaycanın Keniyada səfirliyi açılacaq
03 İyn 2025 09:18

Yaxın günlərdə Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edəcək.

Qeyd edək ki, Ceyhun Bayramov bir müddət əvvəl Keniyaya rəsmi səfərə yola düşüb.



Sizin reklam burada
Sizin reklam burada