Gürcüstan Ermənistandan bu məhsulun idxalını qadağan etdi

Gürcüstan Ermənistandan bu məhsulun idxalını qadağan etdi
06 İyn 2025 20:29

Gürcüstan zərərli həşəratlarla yoluxma səbəbindən Ermənistandan iri həcmdə çiçək dəstəsi idxalına qadağa qoyub.


News365.az Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.


Məlumata görə, “Sadahlo" nəzarət-buraxılış məntəqəsində 10 min çiçəkdən ibarət yük saxlanılıb.


Fitosanitar yoxlaması zamanı müəyyən edilmiş tələblərə uyğunsuzluq aşkar edilib, bu səbəbdən yükün idxalına icazə verilməyib. Yük Ermənistana qaytarılıb.


Sizin reklam burada
Sizin reklam burada