Avropa ABŞ-sız da Ukraynaya yardım edəcək - General

Avropa ABŞ-sız da Ukraynaya yardım edəcək - General
06 İyn 2025 20:59

ABŞ Ukraynaya hərbi dəstəyi tamamilə dayandırsa belə, Avropa ölkələri Kiyevə lazımi yardımı davam etdirə biləcəklər.


News365.az xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin silah tədarükünün kuratoru, general-mayor Kristian Froydinq deyib.


Onun sözlərinə görə, NATO-nun Avropa üzvləri və Kanadanın hərbi yardımları ABŞ-ın Kiyevə verdiyi 20 milyard dollar hərbi yardımı artıq ötüb:


“Əgər siyasi iradə olarsa, ABŞ-ın dəstəyini böyük ölçüdə kompensasiya etmək üçün resurslar olacaq”.


Sizin reklam burada
Sizin reklam burada