ABŞ Prezidenti Donald Tramp İlon Mask ilə telefon danışığında maraqlı olmadığını bildirib.
Bu barədə News365.az “İnterfaks”a istinadən xəbər verir.
O, ABC telekanalının jurnalistinin mümkün telefon danışığı ilə bağlı sualına əks-sualla cavab verib: “Ağlını itirmiş adamı nəzərdə tutursunuz? İndi onunla danışmaqda maraqlı deyiləm”.
Tramp həmçinin qeyd edib ki, Mask özü ona zəng etmək istəyini ifadə edib.