Xəstəxanada ölən şəxs toyda döyülübmüş – Təfərrüat

Xəstəxanada ölən şəxs toyda döyülübmüş – Təfərrüat
06 İyn 2025 19:15

Cəlilabad rayon Həziabad kənd sakini 41 yaşlı Qənbər Yusubovun döyülmə nəticəsində aldığı bədən xəsarətlərindən dünyasını dəyişməsinin bəzi təfərrüatı məlum olub.


News365.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Masallının Alvadı kəndində keçirilən toy məclisindən sonra baş verib.


Məlumata görə, mərhum həmkəndliləri olan 2 qardaşla mübahisə zamanı döyülüb. Onların həmin an içkili olduğu bildirilir.


Qeyd edək ki, mayın 28-də mübahisə zamanı döyülən şəxs əraziyə yaxın olan Masallı Rayon Xəstəxanasına aparılıb. Xəsarət alan şəxs sonradan müalicədən imtina edərək evə qayıdıb. Bir neçə gün sonra vəziyyəti pisləşib və iyunun 5-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, elə xəstəxanada dünyasını dəyişib.


Hadisə ilə bağlı şübhəli şəxs qismində rayonun Həziabad kənd sakini 22 yaşlı Babək Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.



Sizin reklam burada
Sizin reklam burada