Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirimiz Elin Süleymanov Bakıda mühakimə olunan erməni separatçıların liderləri Ruben Vardanyanın lobbiçiliyini həyata keçirən şəxslərin Azərbaycana qarşı əsassız iddialarının cavabını verib.
News365.az xəbər verir ki, Elin Süleymanov bu barədə Britaniyanın çoxsaylı izləyici auditoriyasına sahib olan "GB News" telekanalına müsahibəsində danışıb.
Səfir bildirib ki, Ruben Vardanyan separatizmin təşviqi, müharibə cinayətləri, terrorçuluğun maliyyələşdirilməsi, qeyri-qanuni silahlı birləşmələrin yaradılması, Azərbaycanın rəsmi şəxslərini ölümlə hədələmə və s. cinayətlərdə ittiham olunur. Onun məhkəməsi açıq şəkildə keçirilir və televiziyada yayımlanır. Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanın işi ilə bağlı Ermənistan tərəfinin iddialarını rədd edib.
Səfir E.Süleymanov Ruben Vardanyanın işinə dini don geyindirmək istəyənlərin guya ona həbsxanada “İncil” verilməməsi ilə bağlı iddialarına da münasibət bildirib. Səfir bu iddiaların əsassız olduğunu söyləyib, onun həbsxanada kitabxanadan istifadəsinə şərait yaradıldığını, ümumilikdə isə R.Vardanyanın özünün “İncil” istəməsi ilə bağlı Azərbaycan tərəfinə müraciət etməsi haqda məlumatın mövcud olmadığını diqqətə çatdırıb.
Müsahibə ilə daha ətraflı bu linkdən tanış ola bilərsiz: //www.gbnews.com/news/world/azerbaijan-ambassador-hits-back-claims-kangaroo-cour