Qazaxıstan nümayəndə heyəti Londonda Böyük Britaniya ilə hərbi əməkdaşlığa başlamaqla bağlı saziş imzalayıb.
News365.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətindən məlumat verilib.
“Tərəflər Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyi arasında 2025-2026-cı illər üçün Hərbi Əməkdaşlıq Planı imzalayıblar”, - məlumatda qeyd olunub.