Döyülən şəxs xəstəxanada öldü

Döyülən şəxs xəstəxanada öldü
05 İyn 2025 21:45

Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub.


Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan news365.az-a bildirilib.


İlkin məlumata görə, mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o, həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb.


Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.


Faktla bağlı araşdırma davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada