Moldova XİN vətəndaşları Rusiyaya səfər etməməyə çağırıb

Moldova XİN vətəndaşları Rusiyaya səfər etməməyə çağırıb
12:45

Moldova Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Rusiya Federasiyasına səfər etməməyə çağırıb.

 Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı nazirliyin yaydığı bəyanatda bildirilir ki, olduqca zəruri ehtiyac olmadıqda bu ölkəyə səfər arzuolunan deyil.

XİN buna səbəb kimi Moldova vətəndaşlarının Rusiyada qarşılaşa biləcəyi arzuolunmaz situasiyanı əsas götürüb.

"Eyni zamanda Moldova Respublikası vətəndaşları Rusiya Federasiyası ilə Belarus Respublikası arasında sərhəd keçid məntəqələrində ciddi nəzarətə məruz qala bilərlər. Buraya hərtərəfli yoxlamalar və dindirmələr, səyahət sənədlərinin müvəqqəti müsadirə edilməsi, mobil telefonların və digər elektron cihazların yoxlanılması, biometrik məlumatların toplanması və kifayət qədər izahat verilmədən Rusiya Federasiyasına girişin qadağan edilməsi daxil ola bilər" - deyə, bəyanatda bildirilir.


Sizin reklam burada
Sizin reklam burada