Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb

Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb
21 İyn 2025 21:30

21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə görüşüb.

XİN-dən News365.az-a verilən məlumata görə görüş zamanı Azərbaycan və Suriya arasında ikitərəfli münasibətlərin bərpası və inkişafı məsələləri, həmçinin regional təhlükəsizlik gündəliyindəki mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb


Sizin reklam burada
Sizin reklam burada