Prezident İlham Əliyev: “Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var”
Azərbaycan
Respublikası ilə Şimali Makedoniya Respublikası arasında ikitərəfli
münasibətlər son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib. Hər iki ölkə
arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq genişlənib.
Bu münasibətlərin inkişafında əsas rol oynayan amillərdən biri də qarşılıqlı
hörmət və bir-birinin suverenliyinə və ərazi bütövlüyünə olan dəstəkdir.
Azərbaycan
ilə Şimali Makedoniya arasında diplomatik əlaqələr 1995-ci ildən mövcuddur.
Sonrakı illərdə müxtəlif yüksək səviyyəli rəsmi ziyarətlər, müqavilə və
sazişlər imzalanıb. Bu münasibətlər həmçinin ticarət və iqtisadi əlaqələrə də
təsir göstərib. Hər iki ölkə arasında investisiya mühiti və biznes əlaqələri də
inkişaf etməkdədir. Azərbaycan Respublikası ilə Şimali Makedoniya
Respublikasının dövlət başçılarının qarşılıqlı səfərləri baş turur. Şimali
Makedoniya Respublikasının Prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci
illərdə Azərbaycana işgüzar səfər etmişdir. Azərbaycan ilə Şimali Makedoniya
prezidentlərinin qarşılıqlı səfərləri ölkələr arasındakı dostluq və tərəfdaşlıq
münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir. Bu səfərlər siyasi əlaqələrin
inkişafına, iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə, həmçinin mədəni
əməkdaşlığın güclənməsinə imkan yaradır. 11 mart 2025-ci ildə Şimali Makedoniya
Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Bakıya rəsmi səfər edib.
Bu səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib və iki ölkə
arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müzakirə olunub. Bu cür
səfərlər, həmçinin Şimali Makedoniya və Azərbaycan arasında əlaqələrin
gücləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərə dair əməkdaşlığın
dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Həmçinin Azərbaycan
Prezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidenti Qordana
Silyanovska-Davkova arasında baş tutan rəsmi görüşlər, iki ölkə arasındakı
strateji tərəfdaşlığın möhkəmlənməsinə yönəlmiş mühüm addımlar atılmasına səbəb
olub. Bu səfərlər zamanı, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm və digər
sahələrdə əməkdaşlığın inkişafı müzakirə edilib. Bundan əlavə, qarşılıqlı
səfərlər hər iki ölkənin dövlət başçıları arasında qarşılıqlı anlaşma və dəstək
göstərməyə, eləcə də beynəlxalq məsələlərdə birgə fəaliyyətə imkan verir.
Azərbaycan,
təbii qaz və neft sahəsindəki təcrübəsindən istifadə edərək Şimali Makedoniya
üçün mühüm enerji təchizatçısına çevrilə bilər. Ticarət əlaqələrinin
artırılması və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi də Azərbaycanın
prioritetlərindəndir. İki ölkə arasında müvafiq sazişlər və müqavilələr
imzalanaraq, qarşılıqlı sərmayə yatırımları və ticari mübadilələr genişlənir.
Prezident İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana
Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata bəyanatında deyib ki,
Avropa Azərbaycan qazına ehtiyac duyur: “Təxminən üç il bundan əvvəl Bakıda
imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində
strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı
bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı
tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni,
energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və
mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa
gətirib çıxaracaq”. Avropanın Azərbaycan qazına böyük ehtiyac xüsusilə son
illərdə qlobal enerji bazarlarında yaranan qeyri-müəyyənliklər və Avropanın
enerji təchizatında diversifikasiyanın vacibliyi ilə daha da artıb. Azərbaycan,
Xəzər regionunun ən böyük qaz istehsalçılarından biri olaraq, Avropanın enerji
təhlükəsizliyini təmin etməkdə mühüm rol oynayır.
Azərbaycanın
Avropaya qaz ixracını artırmaq üçün həyata keçirdiyi ən vacib layihələrdən
biridir. Bu layihə çərçivəsində, Azərbaycan qazı, "Şahdəniz"
yatağından əldə edilən təbii qaz, Türkiyə üzərindən Avropaya nəql edilir. Bu
məqsədlə, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP (Trans-Adriatik Qaz Boru
Kəməri) kimi boru kəmərləri inşa edilmişdir. Avropanın, xüsusilə Cənubi və
Cənub-Şərqi Avropa ölkələrinin, Rusiyadan asılılığı azaltmaq və enerji
mənbələrinin şaxələndirilməsi məqsədilə Azərbaycan qazı onlara alternativ və
etibarlı təchizat qaynağı təklif edir. Azərbaycan qazı, həm də Avropanın
"Yaşıl Enerji" strategiyasına uyğun olaraq, karbon qazı
tullantılarının azaldılması məqsədini daşıyan təbii qaz kimi qəbul edilir.
Azərbaycan,
həmçinin Şimali Makedoniya ilə mədəni və humanitar əlaqələri inkişaf etdirməyə
çalışır. Təhsil, turizm və mədəniyyət sahələrində əməkdaşlıq genişləndirilərək
xalqlar arasında yaxınlaşma təmin edilir. Dövlətimizin başçısının bildirdiyi
kimi, xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var: “Mən
xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı
ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar
tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Şadam ki,
Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami
Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında
layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz,
tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də
görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm. Sizin siyasi və
dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz beynəlxalq təşkilatlarda
yüksək vəzifələrdə çalışmısınız, eyni zamanda, ölkənizdə müxtəlif mərhələlərdən
keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz. Ona görə Sizin dəyərli
fikirləriniz hamımız üçün çox maraqlı ola bilər”.
Bütün bu
sahələrdə əməkdaşlığın gücləndirilməsi, həm Azərbaycan, həm də Şimali
Makedoniya üçün qarşılıqlı fayda gətirəcək və strateji əlaqələrin
möhkəmlənməsinə töhfə verəcəkdir. Bundan əlavə, Azərbaycan Şimali Makedoniyanın
Avropa İttifaqı və NATO kimi beynəlxalq təşkilatlarla inteqrasiyasına dəstək
göstərir və ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümid
edilir.
Prezidentlərin
səfərləri Şimali Makedoniya ilə Azərbaycan arasında mədəniyyətlərarası
əlaqələrin daha da inkişaf etdirilməsinə və xalqlar arasında daha sıx bağların
qurulmasına kömək edir. Bu cür yüksək səviyyəli səfərlər, həmçinin hər iki
ölkənin regional və beynəlxalq arenada daha sıx əməkdaşlıq etməsinə şərait
yaradır və gələcəkdə daha çox müsbət nəticələr əldə ediləcəyinə ümid verir.
Aybəniz Rüstəmova
Avrasiya
universitetinin Humanitar fənlər və regionşünaslıq
kafedrasının müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent