Azərbaycan Türkiyə ilə PUA istehsal edəcək

Azərbaycan Türkiyə ilə PUA istehsal edəcək
17:40

Azərbaycan Türkiyə ilə birlikdə "SİVRİSİNEK" adlı pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək.

News365.az xəbər verir ki, bunu "Baykar" şirkətinin baş direktoru, "SAHA" İstanbul İdarə Heyətinin sədri Haluk Bayraktar deyib.

O bildirib ki, "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənayesi Sərgisində nümayiş edilən bütün PUA-lar Azərbaycanda olan zavodlarda istehsal olunacaq. Onlardan biri də "SİVRİSİNEK" adlı pilotsuz uçuş aparatıdır:

"Bu PUA müasir hərbi texnologiyalar sırasında diqqət çəkir. Kiçikölçülü bu aparat əsasən yer hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulub".

Qeyd edək ki, sözügedən aparatın uçuş məsafəsi versiyadan asılı olaraq təxminən 900-1000 kilometr təşkil edir. Bundan əlavə sistem "fire and forget" (at və unut) prinsipi ilə işləyir və bəzi modellərdə 10 km-dən 80 km-dək artıq hədəf vurma imkanına malikdir.

PUA-nın uzunluğu 3.8 metr, qanad açıqlığı isə 3.2 metrdir. Maksimum uçuş müddəti 8-9 saatdan çox ola bilir. Saatda təxminən 55 düyün və ya dəniz mili (1 dəniz mili 1.852 km-ə bərabərdir - red.) sürəti ilə hərəkət edir.

"SİVRİSİNEK" katapult vasitəsilə buraxılır, daxili yanma mühərriki ilə işləyir və süni intellekt dəstəyi ilə hədəftanıma funksiyasına malikdir. Sistem GNSS və elektro-optik idarəetmə ilə təchiz olunub.

Mütəxəssislərin fikrincə, bu tip PUA-lar həm müşahidə, həm də zərbə əməliyyatlarında istifadə oluna bilər və müasir döyüş şəraitində çevik, effektiv vasitə hesab olunur.


Sizin reklam burada
Sizin reklam burada