"Azərbaycan sülhə mane olan qüvvələri beynəlxalq ictimaiyyətə açıqlamalıdır" Zahid Oruc

"Azərbaycan sülhə mane olan qüvvələri beynəlxalq ictimaiyyətə açıqlamalıdır" Zahid Oruc
16:06

Son 36 ildə Avropa Parlamentinin Ermənistan–Azərbaycan münaqişəsi və Qarabağ məsələsinə dair onlarla qətnaməyə nəzər saldıqda, Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edənlərin torpaqlarımızın işğalına necə haqq qazandırdıqlarını  aydın görürük.

News365.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib. 

Deputat bildirib ki, 2020-ci ildə Vətən müharibəsində Qələbəmizdən sonra AvroParlament məğlub dövlətlərin tribunasına çevrilərək, İrəvan hakimiyyətinin dilə gətirmədiyi abidə, qayıdış və xristian irsinin qorunması mövzusu altında ölkəmizə qarşı hücumlarının intensivliyini gücləndirirlər:

"Hərbi əsirlər adı altında keçmiş işğalçıları diriltmək istəyi aşkar ortadadır. Onları siyasi məhbus elan etsələr təəccüblənmərik. Avroparlamentdə 3-cü Reyxə, Nürmberqdə mühakimə olunanlara bəratə tələb edərdilər.

Dünən sənəddəki “Dağlıq Qarabağ” termini işğalçıların təkcə Qorbaçov  deyil, eynilə Qərb dövlətləri və parlamentlərindən maliyyə, siyasi və hərbi yardım aldıqlarını sübut edir. Halbuki Ermənistan hökuməti həmin ifadələri işlətmir. 

Lakin ən başlıcası,  qətnamənin adıdır, sitat- Ermənistanın demokratik dayanıqlığının gücləndirilməsi, xarici müdaxilədən-Moskvadan gələn hibrid hücumlardan qorunmaq. Əgər doğrudan məqsəd 11 milyon avronu xərcləyib Ermənistanı xarici informasiya hücumlaırından qorumaqdırsa, onda tam əksinə  regionda sülhə zərbə vuran,  Paşinyanın seçki platformasının əsas ideyasını-Azərbaycanla normallaşma prosesini pozan, “üçbaşlı müharibə partiyası”nı gücləndirirən həm də Brüssel bürokratiyasıdır. Əlbəttə, onların böyük bir hissəsi qonşu dövlətlərin agentləridir.  

Eva Kaylinin korrupsioner davamçıları  qorxur ki, iki xalqın  düşmənçiliyi sona çatar və o dövlətlərin əli kəsilər. Qarabağ məsələsi gündəlikdən çıxdıqca,  keçmiş imperiya varisləri Qafqaza qorxu kültürünü yaya, silah sata, neft-qaz resurslarını ələ keçirə bilməzlər".

Deputat əlavə edib ki, bir neçə ay sonra sülh müqaviləsi imzalananda, iki millət arasında diplomatik, siyasi və ticarət əlaqələri yarananda avroqətnamələr utanc  səhifələri kimi tarixin arxivinə atılacaq:

"Qarabağ əhalisini geri qaytamağa çalışanlar yəqin, Şuşa, Xankəndi azərbaycanlılarını nəzərədə tuturlar. Paşinyanın ən böyük rəqibləri daxildə üçbaşlı müharibə partiyası deyil, İrəvanın düşmənləri aprelin 11-12-də Parisə toplaşan 22 dövlətin təmsilçiləri və dünən qətnaməyə səs verən deputatlardır. 

Son 35 ildə ilk dəfə Azal təyyarəsi İrəvana gedib-təhlükəsiz şəraitdə Baş nazirinin müavini prezidentin tapşırığı ilə sülh prosesi çərçivəsində sərhəd xəttini razılaşdırırlar..Belə bir vaxtda, barışa və təhülkəsilziyə qarşı fəallaşan qüvvələr Qələbəmizdən qisas almağa çalışırlar.

Bəs parlamentimizin cavabı nə olmalıdır-biz bəyan etməliyik ki, sülh prosesinə zərbə vuranlara qarşı İrəvan Bakı ilə birlikdə  eyni səngərdə dayanmalıdır. Ermənistan rəsmən bəyan etməlidir ki,  son 30 ildə işğali legitimləşdirmək üçün qurduqları infrstuktur, o cümlədən, dini-mədəni abidələri və qayıdış məsələsini  kimsə imperiya maraqlarına alət edə bilməz.
Bəli, Azərbaycan dövləti sülhün düşmənlərinin siyahısını tərtib dünyaya təqdim etməlidir ki, Cənubi Qafqaza müharibə gətirmək istəyən agentlər kimliyini hamı tanısın!"


Sizin reklam burada
Sizin reklam burada