Azərbaycan şou-biznesinin “Lora” ləqəbli müğənnisi kimdir?

Azərbaycan şou-biznesinin “Lora” ləqəbli müğənnisi kimdir?
11:33

“Şou-biznesin qaranlıq üzü” adlı layihə üzərində çalışıram. Bu əsər kitab formasında, lakin serial ssenarisi məntiqi ilə yazılıb və məqsədim onu beynəlxalq platformaya, xüsusilə Netflix formatına uyğunlaşdırmaqdır”.

Bunu müğənni Nura Suri bildirib.

Onun sözlərinə görə, janr baxımından layihə dedektiv+psixoloji gərginlik üzərində qurulub. Sənətçi vurğulayıb ki, hadisələr şou-biznes dünyasının pərdəarxası, görünməyən və çox vaxt gizlədilən tərəflərini əhatə edir: nüfuz savaşı, şantaj, qorxu, manipulyasiya və qeyri-rəsmi güc mexanizmləri.

“Serialın mərkəzində Lola adlı məşhur müğənni dayanır. Onun şəxsi münasibətləri illər ərzində bir neçə qalmaqallı və təhlükəli hadisənin mərkəzinə çevrilir. Müxtəlif dövrlərdə Lolanın sevgililəri vasitəsilə: digər müğənnilərə təzyiq göstərilir, bir kişi müğənniyə silahla hədə-qorxu gəlir, sonra məsələ böyüyür. Lola ölkəni tərk etmək istəyir. Başqa bir nüfuzlu müğənni ona dəstək olur. Lola bir müddət vəzifəli şəxslə sevgili olur, sakit həyat yaşayır”.

İllər sonra Lolanın başqa bir sevgilisi, eyni zamanda onun yaxın dostu olan bir müğənniyə qarşı yenidən ictimai alçaltma və zorakı davranışlar, silahla hədə-qorxu gəlir.

Bütün bu hadisələr fonunda şou-biznesin içində formalaşmış qeyri-rəsmi “mafiya” sistemi, qorxu üzərindən qurulan münasibətlər və susdurulan insanlar üzə çıxır”.

Nura Suri qeyd edib ki, bu ssenari real hadisələrdən ilhamlanaraq qələmə alınıb, lakin bütün personajlar, adlar tamamilə fiksiyadır: “Hər hansı real şəxs və ya hadisə ilə birbaşa əlaqə nəzərdə tutulmur”.


Sizin reklam burada
Sizin reklam burada