Trevi fəvvarəsinə giriş bu tarixdən pullu olacaq

Trevi fəvvarəsinə giriş bu tarixdən pullu olacaq
11:20

Fevralın 1-dən etibarən Romadakı məşhur Trevi fəvvarəsinə giriş pullu olacaq.

Turistlər hər giriş üçün 2 avro ödəməli olacaqlar.

Şəhər rəhbərliyi bu addımla turist axınını nizamlamağı və ildə 6,5 milyon avro gəlir əldə etməyi planlaşdırır. Toplanan vəsait abidənin saxlanmasına yönəldiləcək.

Qeyd edək ki, hər il fəvvarədən tonlarla qəpiklər çıxarılır. 2024-cü ildə bu sikkələrin ümumi çəkisi 33 ton, dəyəri isə rekord səviyyə — 1,6 milyon avro təşkil edib. Trevi fəvvarəsinin illik gəliri Romadakı bəzi muzeylərin gəlirindən yüksəkdir.


Sizin reklam burada
Sizin reklam burada