Moskvadan Antalyaya uçan təyyarə Mersinə təcili eniş edib

Moskvadan Antalyaya uçan təyyarə Mersinə təcili eniş edib
12:34

Türkiyənin Moskvadan Antalyaya uçan "Pegasus" aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən Mersin şəhərindəki Çukurova hava limanına təcili eniş edib.

Bu barədə Türkiyənin mülki aviasiya xəbər platforması "HavaSosyalMedya" məlumat verib.

Sinoptiklər əvvəllər bazar günü Antalyada güclü yağış, daşqın təhlükəsi və tufan ehtimalı barədə xəbərdarlıq ediblər.

Belə ki, "Pegasus"a məxsus "PC1577" reysini həyata keçirən "TC-NBO" qeydiyyat nömrəli "Airbus A320neo" təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən təyinat yerinə eniş edə bilməyib və Çukurovadakı alternativ aerodroma yönləndirilib.

Bölgədə güclü külək və yağışlı hava davam edir. Bu da təyyarənin Antalyaya enişini çətinləşdirir.

Qeyd edək ki, Mersinlə Antalya arasındakı məsafə 600 km-dən çoxdur.


Sizin reklam burada
Sizin reklam burada