Cərimə zərbələrini ən yaxşı yerinə yetirən futbolçular - SİYAHI

Cərimə zərbələrini ən yaxşı yerinə yetirən futbolçular -  SİYAHI
03 İyl 2024 14:19

"FourFourTwo" jurnalı futbol tarixində cərimə zərbələrini ən yaxşı yerinə yetirən oyunçuların adlarını açıqlayıb.

News365.az xəbər verir ki, 20 nəfərdən ibarət siyahıda birinci yerdə Juninyo Pernambukano qərarlaşıb.

Braziliyalı yarımmüdafiəçi karyerasını 2014-cü ildə başa vurub. O, "Sport Resife", "Vasko da Qama", "Lion", "Əl-Qarafa" və "Nyu York Red Bulls" klublarında çıxış edib. Juninyo peşəkar karyerasında cərimə zərbələrindən 77 qol vurub.

İlk "üçlük"də niderlandlı Ronald Kuman və serbiyalı Sinişa Mixayloviç də yer alıblar. “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi beşinci, “Əl-Nəsr”in portuqaliyalı forvardı Kriştianu Ronaldu isə 19-cu pillədə qərarlaşıb.

Cərimə zərbələrini ən yaxşı yerinə yetirən 20 futbolçu:

1. Juninyo Pernambukano

2. Ronald Kuman

3. Sinişa Mixayloviç

4. Artur Ziko

5. Lionel Messi

6. Dieqo Maradona

7. Şunsuke Nakamura

8. Alessandro Del Pyero

9. Devid Bekhem

10. Ronaldinyo

11. Didi

12. Pele

13. Canfranko Zola

14. Roberto Bacco

15. Rojerio Seni

16. Pyer van Hoydonk

17. Andrea Pirlo

18. Xuan Aranqo

19. Kriştianu Ronaldu

20. Marselinyo Karioka


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər