Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

Azərbaycan futboluna AĞIR İTKİ -  Baş məşqçi VƏFAT ETDİ + FOTO
24 Apr 2024 16:44

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.

Bu barədə "Araz-Naxçıvan"ın mətbuat xidməti məlumat yayıb.

Naxçıvan təmsilçisi sabiq mütəxəssisin vəfatından kədərləndiyini bildirib, futbol ictimaiyyəti adından mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Hafiz Əliyev müxtəlif illərdə Naxçıvan Futbol Federasiyasında baş katib vəzifəsində çalışıb.

Hafiz Əliyev


Youtube kanalımız

Oxşar xəbərlər