Şəmkirdə müğənni qəzaya düşdü - 17 yaşlı oğlu öldü

Şəmkirdə müğənni qəzaya düşdü -  17 yaşlı oğlu öldü
05 May 2024 13:38

Azərbaycanda müğənni ağır qəzaya düşüb.

Hadisə dünən Şəmkir rayonu ərazisində baş verib.

Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi “Nissan Murano” markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib.

Qeyd edək ki, qəzaya düşən müğənni Həbib Rzayev qərb bölgəsinin tanınmış toy müğənnilərindən biridir.

 


Youtube kanalımız

Oxşar xəbərlər