Mədəniyyət AFİŞASI: Bakıda bu həftə hansı tədbirlər olacaq? - FOTO

Mədəniyyət AFİŞASI:  Bakıda bu həftə hansı tədbirlər olacaq? - FOTO
06 May 2024 09:05

Yaxın günlərdə baş tutacaq tədbirləri bir siyahıya toplayıb. Burada mayın 6-dan 12-dək Azərbaycanın paytaxtında keçiriləcək tamaşalar, konsertlər, sərgilər, film nümayişləri və digər tədbirlərlə tanış ola bilərsiniz.

6 may 

19:00-da Rus Evində “Barokko” adlı musiqili gecə keçiriləcək. Barokko dövrünün musiqi şedevrlərini pianoçu Nərgiz Əliyeva, kontralto Fidan Dəmirova və kontrtenor İlham Nəzərov ifa edəcəklər.

Giriş sərbəstdir.

7 may

20:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlının yaradıcılıq axşamı keçiriləcək!

Biletlərin qiyməti: 10 - 39 manat.

8 may

19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək.

Biletlərin qiyməti: 4 - 20 manat.

19:00-da Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 36 nömrəli Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə müəllimi, tarzən Rüfət Həsənovun pedaqoji fəaliyyətinin 20 illiyinə həsr olunmuş “11 simin sədası” adlı konserti keçiriləcək.

Biletlərin qiyməti: 10 manat.

20:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda moda tarixçisi Aleksandr Vasilyev “Şərq və dəb” adlı yubiley yaradıcılıq gecəsi ilə çıxış edəcək.

Biletlərin qiyməti: 25 - 100 manat.

20:00-da Bakı İdman Sarayında “Seksendört” qrupu ilk dəfə paytaxtımızda çıxış edəcək.

Biletlərin qiyməti: 30 - 40 manat.

9 may

19:00-da Beynəlxalq Muğam Mərkəzində Klassik musiqi axşamı olacaq.

Biletlərin qiyməti: 10 manat.

19:00-da Heydər Əliyev Sarayında “Knyaz İqor” operasının ikinci aktının yekun hissəsi olan “Qıpçaq rəqsləri” baleti və “Qu gölü” baletinin hissəsi göstəriləcək.

Biletlərin qiyməti: 15 - 45 manat.

19:00-da Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 7 - 12 manat.

10 may 

18:00-da Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası olacaq. Müəllif - Ülviyyə Heydərova, quruluşçu rejissor - Elşad Rəhimzadə.

Biletlərin qiyməti: 10 manat.

19:00 Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Dirijor - Elşad Bağırov.

Biletlərin qiyməti: 4 - 20 manat.

19:00-da Akademik Rus Dram Teatrında “Əli və Nino” (rus dilində) tamaşası olacaq.

Biletlərin qiyməti: 15 manat.

19:00-da Akademik Milli Dram Teatrında “Qarabağnamə” tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 7 - 12 manat.

19:30-da “Teatr O2”də “Клуб анонимных алкоголиков” (18+) tamaşası olacaq.

Biletlərin qiyməti: 25 manat.

11 may

19:00 Azərbaycan Dövlət Yuğ Teatrı (Kukla Teatrının binasında yerləşir) “21:15 qatarı” adlı tamaşanı təqdim edəcək. “21:15 qatarı” dramaturq Toyğun Orbayın əsəri əsasında hazırlanıb, quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir.

Biletlərin qiyməti: 5 - 15 manat.

19:00-da “M Teatr”ın səhnəsində “Yad qadının məktubu” tamaşası olacaq. 

Biletlərin qiyməti: 10 - 20 manat.

19:00-da Akademik Rus Dram Teatrında “Он, она, окно…любовник” nümayiş olunacaq.

Biletlərin qiyməti: 15 manat.

19:30-da Marionet Teatrında “Leyli və Məcnun” tamaşası olacaq.

Biletlərin qiyməti: 14 - 19 manat.

12 may

19:00-da Heydər Əliyev Sarayının səhnəsində Luka Minelli çıxış edəcək.

Biletlərin qiyməti: 33 - 143 manat.

19:00-da “M Teatr”ı “İnsti̇nkt” tamaşasını təqdim edəcək.

Biletlərin qiyməti: 10 - 20 manat.

20:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda Azərbacan Xalq yazıçısı Çingiz Abdullayevin 65 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək.

Biletlərin qiyməti: 10 - 39 manat.

SƏRGİLƏR

Azərbaycan Milli Xalça Muzeyində Taryer Bəşirovun sərgisi keçirilir.

İş saatları: çərşənbə axşamı-cümə 10:00-18:00

şənbə-bazar 11:00-19:00

Giriş: 7 manat.

Heydər Əliyev Mərkəzinin daimi sərgiləri var və vaxtaşırı müvəqqəti sərgilər açılır. 

İş saatları: çərşənbə axşamı-cümə - 11:00-19:00

şənbə-bazar - 11:00-18:00.

Giriş: 15 manat.

Müasir İncəsənət Muzeyində də daimi ekspozisiya var.

İş saatları: çərşənbə axşamı-bazar 10:00-20:00.

Giriş: 5 manat.

Azərbaycan Milli İncəsənət Muzeyində Məmməd Mustafayevin “Gizli və aşkar” və “Aşiq dərviş” adlı sərgilər keçirilir.

İş saatları: çərşənbə axşamı-bazar 10:00-18:00.

Giriş: 7 manat.

KİNO

“CineMastercard”da Devid Litçin Rayan Qoslinq və Emili Blantın çəkildiyi “Kaskadyorlar” filmi nümayiş etdirilir.

Həmin kinoteatrda Ramiz Fətəliyevin ssenarisi əsasında rejissor Vahid Mustafayevin çəkdiyi “Birlikdə” filmi göstərilir.

Kinoteatrın saytında nümayiş vaxtının cədvəli ilə tanış ola bilərsiniz.


Youtube kanalımız

Oxşar xəbərlər