Lando Norris “Formula-1”də ilk qələbəsini qazanıb

Lando Norris “Formula-1”də ilk qələbəsini qazanıb
06 May 2024 09:59

“MakLaren” komandasının pilotu Lando Norris karyerasında ilk dəfə “Formula-1” yarışının qalibi olub.

Məlumata görə, 110-cu yarışına çıxan britaniyalı pilot uğursuzluq seriyasını qırmağı bacarıb.

Təcrübəli pilot “Uilyams” komandasının sürücüsü Loqan Sarcentin qəzaya uğramasından və trekə təhlükəsizlik maşınının çıxmasından istifadə edərək liderliyi ələ keçirib və finişdə Maks Ferstappen (“Red Bull”) və Şarl Lekler (“Ferrari”) kimi rəqiblərini qabaqlayıb. “MakLaren” komandası 2021-ci ilin İtaliya Qran-prisindən bu yana ilk qələbəsinə sevinib.

Qeyd edək ki, Bu ”MakLaren” komandasının  son 12 il ərzində 2-ci qələbəsi olub.


Youtube kanalımız

Oxşar xəbərlər