Bakıda avtobusun vurub öldürdüyü məktəblinin FOTOSU

Bakıda avtobusun vurub öldürdüyü məktəblinin  FOTOSU
06 May 2024 11:32

Xəbər verdiyimiz kimi, Qaradağ rayonunda marşrut avtobusu 12 yaşlı oğlanı vurub öldürüb.

News365.az xəbər verir ki, 144 saylı avtobusun altında qalaraq həyatını itirən 2012-ci il təvəllüdlü Rəsul Rzalı 274 saylı məktəbin 6-cı sinif şagirdi olub. O, gecə vaxtı yolu keçərkən avtobusun zərbəsinə məruz qalıb və hadisə yerində vəfat edib.

Qeyd edək ki, "Daevoo" markl avtobusun sürücüsü olan 1991-ci il təvəllüdlü Orxan Mütəllimov barəsində cinayət işi açılıb.


Youtube kanalımız

Oxşar xəbərlər