Delimitasiyaya qarşı çıxan ermənilər yürüşlər keçirirlər - VİDEO

Delimitasiyaya qarşı çıxan ermənilər yürüşlər keçirirlər  - VİDEO
06 May 2024 12:13

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər əsasən Tavuş vilayətində kəndlilər revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxırlar.

Etirazların cərəyan etdiyi əsas mərkəz isə Kirants kəndidir. Kirantsda ermənilərin tanınmış din xadimlərindən olan Tavuş yeparxiyasının yepiskopu Baqrat Qalstanyanın fəallıq göstərməsi isə diqqət çəkir. Etirazçılar bu gün də "Tavuşa dəstək" adı altında yürüş təşkil ediblər.

"Mamul" nəşrinin yaydığı məlumata görə, Abovyan və Göyçə istiqamətində də eyni vaxtda yürüşlər keçirilib. 

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər. 

Tural

 


Youtube kanalımız

Oxşar xəbərlər