Azərbaycanla Ermənistan arasında ünsiyyət genişlənir“- Tural Ismayılov

Azərbaycanla Ermənistan arasında ünsiyyət genişlənir“-  Tural Ismayılov
06 May 2024 10:06

"Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə ilk dəfə Ermənistanla Azərbaycan arasında delimitasiya olunmuş dövlət serheddi olacaq".

Politoloq Tural İsmayılov bunu news365.az-a müsahibəsi zamanı dəyib.

 "Biz qaytarılan 4 kəndin həmin bölgədəki sərhədlərini şərti sərhədlər adlandırmayacayıq. Eyni zamanda 4 kendin qaytarılması nəticəsində artıq Qazaxın Yuxarı Əskipara, Sofulu,  Barxudarlı və Naxçıvanın Kərki kəndinin də geri qaytarılmağı  üçün mexanizm yaranmış, formalaşmış olur. Həmçinin Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması Azərbaycanla Ermənistan arasında üçüncü tərəflər, vasitəçilər olmadan anlaşmaların əldə edilməsinin mümkünlüyünü növbəti dəfə nümayiş etdirmiş olur. Kəndlərin qaytarılması bundan sonra Azərbaycan və Ermənistan arasında birtərəfli qaydada qarşılıqlı ünsiyyət imkanlarını daha da genişləndirmiş olacaq"- deyə T. İsmayılov qeyd edib.

 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər