Autizimli uşağı olan valideynlər bunu etməlidir- Psixoloq açıqladı

Autizimli uşağı olan valideynlər bunu etməlidir-  Psixoloq açıqladı
06 May 2024 12:03

Uşaq ilə mümkün qədər çox söhbət etmək, yadda saxlamaq lazımdır ki, autist uşaq digər uşaqlardanda çox ünsiyyət ehtiyacı var; – insanlar bəzən tək qalmaq istəyirlər və autist uşaqlar buna istisna deyil. Uşağa “gizli” güşə yaratmaq lazımdır. Bu bele bir yer olmalıdır ki, uşaq burda öz fikirləri ilə təkbətək qala bilsin və ona heç kim mane olmasın;

Psixoloq Vəfa Rəşidova bunu News365.az-a açıqlaması zamanı deyib. O, autizimli valideynlərə bəzi tövsiyyələr verib:

"Autizmi olan uşaqlar adətən yelləncəyi xoşlayırlar, bu marağı həvəsləndirərək, vestibulyar apparatın inkişafına nail olmaq olar;

uşağın ev heyvanları ilə ünsiyyətinə ehtiyat ilə yanaşın,cünki autist uşaqlar heyvanlara qarşı səbəbsiz aqressiv ola bilərlər. Ev heyvanını evdə saxlamağdan əvvəl, uşağa ev heyvanı yumşaq oyuncaq hədiyyə etmək olar;

uşaqların müxtəlif inkişafetdirici mərkəzlərə aparın. Məhz bu mərkəzlərdə siz uşağınızla necə düzgün işləmək barəsində məlumat əldə edə bilərsiniz;

uşağınızla onun bütün vəziyyətlərini, narahatlıqlarını birgə yaşayın. Siz uşağınızı onun özündəndən yaxşı başa düşməyi öyrənməlisiniz;

uşağınızın etimad və səmimiyyətini qazanmağa çalışın;

müvəffəqiyyət və səhvlərinizi diqqətlə təhlil edin. Hər zaman yeni yanaşmalar tapmağa çalışın;

tərəfdaş axtarın. Sizə kömək etmək istəyən insanlar hər yerdə var, lakin onları tapıb vəziyyəti başa salmaq lazımdır;

heç bir zaman ümüdinizi itirməyin, qalibiyyətinizə inanın. Ən əsası – uşağı olduğu kimi qəbul etmək lazımdır. Sizin uşaq hansısa bir uşaqdan nə pis, nədəki yaxşıdır, o sadəcə fərqlidir.

 Unutmayin ki tarixdə iz qoymuş dahi səxsiyyətlərin əksəriyyəti autizmli insanlar olublar"- deyə psixoloq əlavə edib.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər