Türkiyə-İsrail qarşıdurmasında uduzan kim olacaq? ŞƏRH

Türkiyə-İsrail qarşıdurmasında uduzan kim olacaq?  ŞƏRH
06 May 2024 09:26

Xəbər verdiyimiz kimi Türkiyə İsraillə bütün ticari əlaqələri dayandırdığını bəyan edib.

Bəs, uduzan tərəf kim olacaq?

Suala iqtisadçı ekspert Eidəniz Əmirov aydınlıq gətirdi. O bildirdi ki, İsrail 2023-cü ildə 5,4 milyard dollarlıq ticarət həcmi ilə Türkiyənin ixracat siyahısında 13-cü yerdədir:

"Bununla belə, 2023-cü ildə İsrailə ixrac əvvəlki illə müqayisədə təxminən 23 faiz azalıb. 2024-cü ilin birinci rübündə isə Türkiyənin İsrailə ixracatı 21,6 faiz azalıb.

Ümumiyyətlə isə Türkiyə-İsrail ticarət həcmi son 20 ildə 6 dəfə artıb. Hətta Qəzzada əməliyyatların başladığı oktyabr ayında ixrac özündən əvvəlki ilin eyni ayına görə 29 faiz artdı, idxal yüzdə 59 faiz azaldı. 2000-2022-ci illər arasında iki ölkə arasında ticarət balansı həmişə Türkiyənin xeyrinə olub.

Hazırladığım şəkildən də göründüyü kimi, Türkiyə ticari münasibətlərdə israildən daha çox mənfəət əldə edirdi, nəinki İsrail Türkiyədən. Odur ki, rəsmi Ankaranın bu qərarı İsraillə müqayisədə Türkiyə iqtisadiyyatının özünə daha pis təsir edəcəkdir".

May be an image of text that says 'Türkiyanin İsrailla olan ticarat dövriyyasi 6 ixrac 래 4 22 idxal 0 Eldaniz amirov 2000 2002 2004 2004 2006 2008 2010 2012 2014 2016 2018 2020 2022'

İlhamə Qiyas, News365.az  


Youtube kanalımız

Oxşar xəbərlər