Ermənistandakı aksiyalarda casusluq fəaliyyəti artıb

Ermənistandakı aksiyalarda casusluq fəaliyyəti artıb
06 May 2024 10:30

Xəbər verdiyimiz kimi Ermənistanda vəziyyət gərgin olaraq qalır. Etiraz aksiyaları ölkənin dörd bir yanına yayılıb. Polis isə etirazçılara güc tətbiq edərək aksiyaları dağıdır. Bu gün araşdırmaçı jurnalist Oskan Sarkisyan aksiyalarda casusluq fəaliyyətinin genişlənməsi barədə məlumat yayıb. 

“Dilican icmasının rəhbəri, hakim "Vətəndaş müqaviləsi" partiyasının  rəhbəri David Sarkisyan mayın 5-də qardaşı Sasun Sarkisyanı Aqarçin monastrına göndərib.Məqsəd Dilican icmasının hansı sakininin aksiyada iştirak etdiyini görməkdir”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər. 

Tural


Youtube kanalımız

Oxşar xəbərlər