Çin liderinin Avropa turnesi nə vəd edir? - TƏHLİL

Çin liderinin Avropa turnesi nə vəd edir? -  TƏHLİL
06 May 2024 08:57

 

Xəbər verdiyimiz kimi Çin lideri Si Siopin Avropa turnesi başlayıb. Hazırda dünyanın aparıcı KİV-ləri və tədqiqat mərkəzləri bu səfəri izləyir, müxtəlif şərhlər verir. Məlum olduğu kimi ötən gün Parisə gələn Çin liderinin Orli hava limanında Fransanın Baş naziri Qabriel Attal qarşılayıb.

Səfər öncəsi mətbuata açıqlama verən Si Siopin ümidvar olduğunu bildirib ki, səfər iki tərəfə Çin-Fransa münasibətləri üçün daha yaxşı gələcək yaratmağa kömək edəcək və dünya sülhü, sabitliyi və inkişafına yeni töhfələr verəcək. Eyni zamanda bu səfər  iki ölkə arasında qarşılıqlı siyasi etimadı güclənməsinə yol açacaq.

Nəzərə alaq ki, bu, Çin liderinin bu Avropa ölkəsinə son beş ildə ilk səfəri olub.

“Ümid edirəm ki, bu səfər vasitəsilə biz iki ölkənin ənənəvi dostluğunu və qarşılıqlı siyasi etimadı gücləndirəcəyik, strateji konsensusa nail olacağıq, müxtəlif sahələrdə mübadilə və əməkdaşlığı dərinləşdirəcəyik və gələcək yolu işıqlandırmaq üçün tarixin məşəlindən istifadə edəcəyik”, - deyə Si Siopin bildirib.

Si Cinpin həmçinin xatırladıb ki, bu, onun Fransaya üçüncü dövlət səfəridir və 2014 və 2019-cu illərdə Çin və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 50 və 55-ci ildönümünü qeyd etmək üçün səfər edib.

“Altmış il əvvəl Çin və Fransa Soyuq Müharibə baryerlərini aşdılar və səfirlər səviyyəsində diplomatik əlaqələr qurdular. Son 60 ildə Çin-Fransa münasibətləri hər zaman Çinin Qərb ölkələri ilə əlaqələrində ön planda olub, sülhsevərlik nümunəsi göstərib. müxtəlif sosial sistemlərə malik dövlətlər arasında birgəyaşayış və beynəlxalq ictimaiyyət üçün qarşılıqlı faydalı əməkdaşlıq”, - Si Cinpin bildirib.

Maraqlıdır ki, Çin liderinin bu dəfəki səfəri xeyli zəngindir.  Beləki, 5-10 may tarixlərində davam edəcək Avropa turnesi çərçivəsində Si Siopin Fransa ilə yanaşı Serbiya və Macarıstana da səfər edəcək.

İlhamə Qiyas, News365.az  


Youtube kanalımız

Oxşar xəbərlər