Tanrının çiynində Ukrayna bayrağı olan şevron var

Tanrının çiynində Ukrayna bayrağı olan şevron var
06 May 2024 08:37

Ukrayna Prezidenti Volodimir Zelenski Pasxa bayramı ilə bağlı xalqa videomüraciət edib.

O, ukraynalılara məxsus naxışlı köynək geyinərək Müqəddəs Sofiya kafedralının fonunda müraciət səsləndirib.

Zelenski bildirib ki, Tanrı Ukraynanın müttəfiqinə çevrilib. Onun sözlərinə görə, ukraynalılar Tanrının çiynində Ukrayna bayrağı olan şevron olduğuna inanırlar.

O deyib ki, köhnə qonşu” indi öz hərəkətlərinə görə Ukraynadan “əbədi uzaqdadır”:“Dünya bunu görür. Bunu Allah bilir. Biz isə inanırıq: Tanrının çiynində Ukrayna bayrağı olan şevron var. Beləliklə, belə bir müttəfiqlə həyat ölümü mütləq məğlub edəcək”.


Youtube kanalımız

Oxşar xəbərlər