Azərbaycanda həkim güllələnərək öldürüldü

Azərbaycanda həkim güllələnərək öldürüldü
04 May 2024 20:10

Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub.

News365.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə otlaq sahəsi ilə bağlı mübahisə zamanı baş verib.

Belə ki, qətlə yetirilən şəxslərlə hadisəni törədən Namik Məmmədovun otlaq sahələri yaxın olub. Onlar Namiq Məmmədovun torpaq sahəsində heyvanlarını otarırmışlar. Bu səbəbdən də aralarında mübahisə yaranıb.

Daha sonra Namik Məmmədov Azər Sədiyevi və kəndin həkimi İsrafil Məmmədsoyu ov silahından atəş açaraq qətlə yetirib.

Namik Məmmədov hadisədən sonra özünə ağır xəsarət yetirib və vəziyyəti ağırdır.


Youtube kanalımız

Oxşar xəbərlər