Kiyev yeni “Skynex“, “Patriot“ və “IRIS-E“-lər əldə etdi

Kiyev yeni “Skynex“, “Patriot“ və “IRIS-E“-lər əldə etdi
06 May 2024 10:49

Almaniyanın Ukraynadakı səfiri Martin Yager Xarkov vilayətinə səfər edib. Xarici KİV-in yaydığı məlumata görə, o, Kiyevə yeni "Skynex" və "Patriot" hava hücumundan müdafiə sistemləri, "IRIS-E"-lər təhvil verildiyini açıqlayıb.

Xatırladaq ki, aprelin sonunda Almaniya Ukraynaya yeni hərbi yardım paketini köçürüb. Bu paketə digər adı açıqlanmayan yardımlarla  yanaşı, döyüş sursatları olan 10 Marder piyada maşını həmçinin Leopard 2 tankları üçün mərmilər də daxil edilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər