Paşinyan Putinin inaqurasiyasına qatılmayacaq

Paşinyan Putinin inaqurasiyasına qatılmayacaq
06 May 2024 11:55

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminə getməyəcək. News365.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Saytlar Ermənistan parlamentinin spikeri Alen Simonyana istinad ediblər. Spiker baş nazirin Moskvaya səfərinin planlaşdırılmadığını açıqlayıb.

Qeyd edək ki, mart ayında Rusiyada prezident seçkiləri keçirili. Bu seçkilərdə indiki dövlət başçısı Vladimir Putin qalib gəldi. Mayın 7-də isə Rusiya prezidentinin inaqurasiya mərasimi keçiriləcək. Ermənistanın baş naziri son bir ildə Vladimir Putinlə münasibətlərdə gərginlik yaşayır. Ehtimal edilir ki, məhz bu səbəbdən Paşinyan Putinin andiçmə mərasiminə qatılmaqdan imtina edib. 

Tural


Youtube kanalımız

Oxşar xəbərlər