Azad Məcidov təqaüdə göndərildi

Azad Məcidov təqaüdə göndərildi
07 May 2025 23:15

Bakı Ağır Cinayətlər Məhkəməsinin 65 yaşlı hakimi Azad Məcidov təqaüdə göndərilib.


News365.az E-huquq.az-a istinadən xəbər verir ki, tanınmış hakim bu gün son hökmünü oxuyub.


Belə ki, o, Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 213.1-ci (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə təqsirləndirilən 3 nəfərə - Elnur Əzimov, Miskin Hümbətov və Anar Əliyevə 15 ilədək həbs cəzası təyin edib.


Bu məhkəmə iclasından sonra A.Məcidovun hakimlik fəaliyyəti başa çatıb.


Sizin reklam burada
Sizin reklam burada