Avtomobil iki piyadanı vurdu: biri həyatını itirdi - Xəsarət alanın son vəziyyəti / FOTO

Avtomobil iki piyadanı vurdu: biri həyatını itirdi - Xəsarət alanın son vəziyyəti / FOTO
16:50

Şəkidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:

“Şəki rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1998-ci il təvəllüdlü şəxs (kişi) 26.07.2026-cı il tarixində saat 01:40-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona təpə nahiyəsinin hematoması, mil bilək oynağının travması, sıyrılmış yaraları diaqnozları təyin edilib, zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb”.

***09:44

Şəkinin Baş Göynük kəndində iyulun 25-i saat 22 radələrində rayon sakini Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən piyadalar 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub.

Hadisə nəticədə M.Teyibov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib, digər piyada isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

APA-ya istinadən həyatını itirən sərnişinin fotosunu təqdim edirik:


Sizin reklam burada
Sizin reklam burada