Avtomobil idman zalına çırpıldı - 25 yaşlı sürücü öldü

Avtomobil idman zalına çırpıldı - 25 yaşlı sürücü öldü
10:08

Bakıda ölümlə nəticələnən qəza baş verib.

News365.az xəbər verir ki, hadisə gecə saat 01:10 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış massivində baş verib.

2000-ci il təvəllüdlü Orxan Sərhəd oğlu Qurbanov idarə etdiyi “AzSamand” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın idman zalına çırpılıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanılıb.



Sizin reklam burada
Sizin reklam burada