Avstraliyanın Viktoriya əyalətində 8 gündür davam edən meşə yanğını səbəbindən 66 min hektar ərazi məhv olub.
News365.az xarici mediaya istinadla xəbər verir ki, həddindən artıq isti hava və külək səbəbindən yanğını nəzərət altına almaq hələ də mümkün olmayıb.
Bildirilib ki, ölkənin müxtəlif ştatlarından 100-dən çox yanğınsöndürən yanğını söndürmək üçün Viktoriyaya yola düşüb.
Yanğınlardan təxliyə edilənlər üçün ölkənin Dunkeld, Stavell və Hamilton əyalətlərində yardım mərkəzləri açılıb.