Avropa şirkətləri Rusiya bazarına qayıtmaq istəyir - "Financial Times"

Avropa şirkətləri Rusiya bazarına qayıtmaq istəyir - "Financial Times"
28 Mar 2025 10:05

Avropanın Vitol, Trafigura və Gunvor neft şirkətlərinin rəhbərləri Rusiya bazarına qayıtmaq imkanlarını nəzərdən keçirirlər. Bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb.


“Vitol, Trafigura və Gunvor şirkətlərinin rəhbərləri sanksiyaların götürüləcəyi təqdirdə Rusiya neftinin ticarəti məsələləri ilə bağlı işlərə qayıdacaqlarını bildiriblər”, - nəşr yazıb.


"Financial Times" xəbər verir ki, şirkətlər prosesin bir qədər vaxt apara biləcəyini də bildiriblər.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural



Sizin reklam burada
Sizin reklam burada