Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Londonda “Lancaster House”da beynəlxalq liderlərin iştirakı ilə sammit keçiriləcək.
Baş nazir Kir Starmer əvvəlcə İtaliyanın Baş naziri Corcia Melonini Dauninq-stritdə qarşılayacaq. Sonra Ukrayna, Fransa, Almaniya, Danimarka, İtaliya, Niderland, Norveç, Polşa, İspaniya, Kanada, Finlandiya, İsveç, Çexiya və Rumıniya liderləri Londonda keçiriləcək sammitdə ona qoşulacaq.
Sammitdə Türkiyənin xarici işlər naziri, NATO-nun Baş katibi, Avropa Komissiyasının və Avropa Şurasının prezidentləri də iştirak edəcək.
Liderlər Sammitində Ukraynanın hazırkı vəziyyətinin gücləndirilməsi, güclü təhlükəsizlik təminatlarının planlaşdırılması üzrə növbəti addımlar kimi məsələlər müzakirə ediləcək.