AVRO-2024: İspaniya ilk yarımfinalçı olub

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub
05 İyl 2024 23:09

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmada ispanlar 2:1 hesablı qələbə qazanıb.

Görüşdə hesabı 52-ci dəqiqədə ispanlardan Dani Olmo açıb. 89-cu dəqiqədə isə Florian Virts "status kvo"nu bərpa edib. Matçın əsas vaxtı heç-heçə ilə yekunlaşdığından qalib əlavə dəqiqələrdə müəyyənləşib. Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissənin sonuncu dəqiqəsində dəqiq zərbə endirən Mikel Merino pireneyliləri yarımfinala daşıyıb.

Qeyd edək ki, İspaniya millisinin yarımfinaldakı rəqibi Portuqaliya - Fransa cütünün qalibi olacaq.

22:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə əlavə vaxt start götürüb.

 Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmadanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığından qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq.

Qeyd edək ki, görüşdə hesabı 52-ci dəqiqədə ispanlardan Dani Olmo açıb. 89-cu dəqiqədə isə Florian Virts "status kvo"nu bərpa edib.

21:53

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşünün əsas vaxtı 1:1 yekunlaşıb.

Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmada hər biri 15 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq.

Qeyd edək ki, görüşdə hesabı 52-ci dəqiqədə ispanlardan Dani Olmo açıb. 89-cu dəqiqədə isə Florian Virts "status kvo"nu bərpa edib.

21:48

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə növbəti qol vurulub.

 Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmada Bundestim hesabı bərabərləşdirib - 1:1.

89-cu dəqiqədə Florian Virts "status kvo"nu bərpa edib.


Youtube kanalımız

Oxşar xəbərlər