"Atam anamla boşanıb, ikinci arvadını bizim evə gətirdi"

"Atam anamla boşanıb, ikinci arvadını bizim evə gətirdi"
13:59

Aparıcı Günel Həsənzadə ailə həyatı və uşaqlıq illəri ilə bağlı səmimi açıqlama verib.

News365.az xəbər verir ki, o valideynləri ayrıldıqdan sonra atası ilə münasibətləri tamamilə kəsildiyini bildirib. 

Həsənzadənin sözlərinə görə, 5 yaşından etibarən atası ilə görüşmür: “Anamla atam ayrıldı. Bizim evimiz iki otaqlı idi. Atam anamdan boşanandan sonra ikinci həyat yoldaşını həmin evə gətirdi. Onların üç övladı da oldu”.

Aparıcı qeyd edib ki, bu vəziyyət onun psixologiyasında dərin izlər buraxıb: “Mən kişi olsaydım, evləndiyim qadını o evə gətirməzdim. Əgər məni görürsə, qoy incisin”.

Günel Həsənzadə əlavə edib ki, bu günə qədər ailə qurmamasının əsas səbəbi məhz atasının ona yaşatdığı psixoloji travmalardır.


Sizin reklam burada
Sizin reklam burada