Bu
gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya
zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə
Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.
"Mənə
məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin.
Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım
deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik?
Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə
endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək.
Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək", - dövlət
başçısı vurğulayıb.